Cənubi Koreyada zəncirvari qəzalarda 100-dək avtomobil əzilib
Cənubi Koreyanın paytaxtı Koyan şəhərində 43 avtomobilin iştirakı ilə baş verən zəncirvari qəzada 9 nəfər xəsarət alıb.
Fhnews.az xəbər verir ki, hadisə yerli vaxtla səhər erkən saatlarda Seul-Munsan magistralında yolun buz bağlaması səbəbindən baş verib. Yolların buz bağlaması səbəbindən Koyan şəhərində daha bir neçə zəncirvari qəza olub ki, həmin hadisələrdə ümumilikdə 44 avtomobil toqquşub, 2 nəfər yaralanıb. Kimpo şəhərində isə 7 avtomobilin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb. Qəzalar baş verən yollarda hərəkət dayandırılıb. Yolların buzdan təmizlənməsi üçün işlər aparılır.
Qeyd edək ki, Cənubi Koreyada bir neçə gündür şaxtalı və qarlı hava hökm sürür. Havanın temperaturu mövsüm normasından xeyli aşağıdır. Xüsusən ölkənin şimal hissəsində havanın temperaturu -20 dərəcə Selsidən də aşağı düşüb.
İngiltərədən rəqəmsal funt qərarı...
Türkiyənin ətraf mühit strukturları...
ATLAS kometası Yer üzündə adi gözlə...
Bayden: Los-Ancelesin bərpası on...
Türkiyə qarşıdakı on ildə günəş və külək...