Lənkəranın bəzi kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
Yanvarın 14-də Lənkəran Elektrik Şəbəkəsinə (EŞ) daxil olan bir sıra ərazilərdə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.
Fhnews.az xəbər verir ki, bu barədə "Azərenerji"dən bildirilib.
Qeyd edilən tarixdə 110/35/10 kV-luq yarımstansiyadan qidalanan 35 kV-luq Xanbulan hava xəttində təmir işləri aparılacaq. Bu səbəblə saat 10:00-dan, 13:00-dək Kərgəlan, Lüvəsər, Şağlaküçə, Xanbulan, Daştatük, Asfilalı, Bürcəli, Parakənd kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri başa çatdıqdan sonra elektrik enerjisinin verilişi təmin olunacaq.
Bakının Xətai rayonunda qaz olmayacaq...
AQTA GMO məhsullarla bağlı sahibkarlara...
NİİM: Bakıda yolun hərəkət hissəsində...
Həkim-fizioterapevt: Fiziki aktiv...
Sabah bəzi rayonlara qar yağacaq...