Eksternat qaydada imtahan keçiriləcək
Əvvəlki illərdə ümumi təhsil müəssisələrini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələri üzrə başa vura bilməyən şəxslər üçün eksternat qaydada keçiriləcək imtahanlara sənəd qəbulu artıq yekunlaşıb.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, cari ildə 6 minə yaxın vətəndaş imtahanda iştirak etmək üçün müraciət edib.
İmtahan yerli təhsili idarəetmə orqanları tərəfindən yanvarın 26-sı saat 11:00-da respublika üzrə 15 imtahan mərkəzində təşkil olunacaq.
Qeyd edək ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vura bilməmiş şəxslərə bu səviyyələr üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.
Qiymətləndirmə fəaliyyəti ilə məşğul...
AMEA Gəncə Bölməsinin tədbirlər planı...
ADPU Avrasiya Universitetlər Birliyinin...
“Məktəbəqədər təhsildə liderlik”...
Emal müəssisələrində optimallaşdırma və...