14 yanvar 2025, çərşənbə axşamı Bakı, 7°C
IMG-LOGO

Misirdə əhalinin sayı 107 milyonu ötüb

13-01-2025
IMG

Misirin İctimai Səfərbərlik və Statistika üzrə Mərkəzi Agentliyi ölkə əhalisinin 107 milyon 250 minə çatdığını açıqlayıb. Agentliyin saytında dərc olunan məlumatlara görə, Misirin əhalisi son 72 gündə 250 min nəfər artıb.

Paytaxt Qahirə ümumi əhalisi 10,4 milyon olan ən sıx şəhərlər siyahısında birinci yerdədir.İkinci yerdə 9,7 milyon əhali ilə Giza şəhəri, 8,1 milyon nəfərlə Songiye, 7,2 milyon nəfərlə Dekahliye və üçüncü yerdə 7 milyon nəfərlə Buheyradır.

Misir Siyahıyaalma Birliyinin 2024-cü ildə dərc etdiyi hesabata görə, əhalisinin sürətlə artdığı ölkədə mövcud doğuş səviyyəsi sabit qalarsa, əhalinin 2030-cu ildə 117 milyona, 2050-ci ildə isə 157 milyona çatacağı gözlənilir.

Paylaş: