Rumıniyada prezident seçkilərinin ləğvinə etiraz edilib
Rumıniyanın paytaxtı Buxarestdə toplaşan on minlərlə insan Konstitusiya Məhkəməsinin noyabrda keçirilən prezident seçkilərinin birinci turunu ləğv edən qərarına reaksiya verib.
Buxarestdə Rumıniya bayraqları daşıyan kütlə ləğv edilmiş birinci turun nəticələrinə görə ən yüksək səsi toplayan anti-Qərb və NATO əleyhinə müstəqil namizəd Kalin Georgescuya dəstək olaraq çıxış edib.
On minlərlə insanın qatıldığı nümayişlərdə ifrat sağçı Rumınların Birlik Alyansının lideri George Simion da iştirak edib.Nümayişçilər ləğv edilmiş seçkinin nəticələrinin yenidən qəbul edilməsini tələb ediblər.
Təşkilatçılar bugünkü aksiyada 100 min insanın iştirak etdiyini bildiriblər.
Bu il Türkiyəyə hava yolu ilə 250...
Sierra Leonedə Mpox virusuna görə...
Yunanıstanda turistləri zirzəmi və...
Ötən həftə Liviya sahillərində 493...
Los-Ancelesdəki yanğınlar ABŞ tarixində...