Almaniyanın şimal-şərqində baş vermiş yol qəzasında 2 nəfər həlak olub, 10 nəfərdən çox yaralanıb
Almaniyanın şimal-şərqində yerləşən Brandenburq federal torpağında magistral yolda baş vermiş avtobus qəzası nəticəsində iki nəfər həlak olub, daha 11 nəfər müxtəlif xəsarətlər alıb, onlardan dördünün vəziyyəti ağırdır.
Fhnews.az xəbər verir ki, bu barədə “Associated Press” polisə istinadən məlumat yayıb.
Məlumata görə, “Flixbus” şirkətinə məxsus avtobus Berlindən Polşanın Şçeçin şəhərinə gedirmiş. Nəqliyyat vasitəsində sürücü də daxil olmaqla 14 nəfər olub.
İlkin versiyaya görə, sürücü pis hava şəraitində avtobusun idarə edilməsini təmin edə bilməyib və sonucda avtobus aşıb.
Qəza nəticəsində 29 yaşlı qadın və 48 yaşlı kişi həlak olub, onların kimliyi açıqlanmır. 11 nəfər xəsarət alıb, dördünün durumu ağırdır.
İqtidar orqanları hadisənin təfərrüatlarını araşdırır.
Yunanıstanda turistləri zirzəmi və...
Ötən həftə Liviya sahillərində 493...
Los-Ancelesdəki yanğınlar ABŞ tarixində...
Rusiyada Amur pələngi insan ölümünə...
İtaliyada keçən il 17 minədək yeraltı...