14 yanvar 2025, çərşənbə axşamı Bakı, 7°C
IMG-LOGO

Qlobal istiləşmə artır: Ölçülmüş ən isti il ​​2024-cü ildir

13-01-2025
IMG

Avropa Orta Mənzilli Hava Proqnozları Mərkəzinin məlumatına görə, ölçülən ən isti il 2024-cü il, ikinci ən isti il isə 2023-cü ildir.

Qlobal istiləşmə nəticəsində iqlim dəyişikliyi səbəbindən dünyada orta temperatur yüksəlir. Bu vəziyyət də quraqlığın artmasına səbəb olur.Avropa Orta Mənzilli Hava Proqnozları Mərkəzinin Kopernik İqlim Dəyişikliyi Xidmətinin məlumatına görə, dünyada ən isti il 2024-cü il kimi qeydə alınıb. 2024-cü ildə temperaturun orta səviyyədən 1,5 dərəcə yuxarı olduğu müşahidə edilib.Ölçülmüş ikinci ən isti il 2023-cü il olub. 

İstanbul Texniki Universitetinin professoru Hüseyn Toros dünya temperaturu ölçmələrini qiymətləndirib.Ölçmə tarixinin ən isti 10 ilinin son illər olduğunu ifadə edən Toros temperaturun artmasının quraqlıqları tətiklədiyini vurğulayıb. Bu isə  qida təhlükəsizliyi və ekosistem üçün ciddi təhlükə yaradır. Alim istixana qazı emissiyaları, dəniz səviyyəsinin qalxması, okeanların temperaturu və buzlaqların əriməsi kimi bütün iqlim dəyişikliyi göstəricilərinin ciddi həyəcan təbili çaldığını bildirib və deyib ki, ÜMT-nın 2025-ci ilin martında dərc edəcəyi "Qlobal İqlim Vəziyyəti 2024" hesabatında bu məsələ ilə bağlı çox daha ətraflı məlumat veriləcək. Bu hesabatlar bizə vəziyyətin ciddiliyini göstərməklə yanaşı, həm də hərəkətə keçməyə çağırır.

Paylaş: