James Webb tərəfindən tarixi kəşf: 44 yeni ulduz aşkar edildi
Alimlər James Webb Kosmik Teleskopunun məlumatları ilə 6,5 milyard işıq ili uzaqlıqdakı "Əjdaha Qövsü" qalaktikasında kainatın ən intensiv ulduz əmələ gəlmə dövrünə aid 44 yeni ulduz kəşf ediblər. Kəşf kainatın sirlərinə işıq salır.
Harvard-Smithsonian Astrofizika Mərkəzindən Fengwu Sunun rəhbərlik etdiyi elm adamları kainatın yaşının yarıya çatdığı bir dövrdən Yerdən 6,5 milyard il uzaqlıqda yerləşən "Əjdaha Qövsü" adlı qalaktikanın şəkillərini araşdırıblar.
"Bu, həyəcan verici bir kəşf idi, çünki ilk dəfə idi ki, bu qədər uzaqdan bu qədər çox ulduz görə bilirdik" deyə Sun bildirib.
Tədqiqatçılar JWST-nin həssas kameraları ilə göy cisimlərinin "qravitasiya linzaları" effektindən istifadə edərək uzaq qalaktikada 44 yeni ulduz aşkar ediblər.
Kütləvi göy cisimlərinin intensiv cazibə sahələrinin yaratdığı təbii böyütmə effekti olan "qravitasiya linzaları" göy cisimlərinin arxasındakı ulduzların və qalaktikaların təsvirinə imkan verir. Bu yolla, uzaq ulduzların işığı yüzlərlə, hətta minlərlə dəfə böyüdülə bilər və JWST kimi həssas teleskoplarla aşkar edilə bilər.
Tədqiqat kainatın dərinliklərində indiyə qədər aşkar edilmiş ən çox ulduzun aşkarlanması ilə özlüyündə rekord qırıb.
BBC-nin məlumatına görə, araşdırmaya qatılan Durham Universitetinin alimləri sözügedən 44 yeni ulduzun "Abell 370" adlı qalaktika klasterinin arxasında yerləşən "Dragon Arc" qalaktikasına aid olduğunu, 4 milyard işıq olduğunu qeyd ediblər.
Bu il Türkiyəyə hava yolu ilə 250...
Sierra Leonedə Mpox virusuna görə...
Yunanıstanda turistləri zirzəmi və...
Ötən həftə Liviya sahillərində 493...
Los-Ancelesdəki yanğınlar ABŞ tarixində...