FTB Los-Ancelesdə təyyarəyə çırpılan pilotsuz uçan aparatı araşdırır
Federal Təhqiqat Bürosu Kaliforniya ştatının Los-Anceles şəhərində yanğınsöndürmə təyyarəsinə çırpılan və icazəsiz olduğu təsbit edilən mülki pilotsuz təyyarə ilə bağlı araşdırma aparır.
“CBS News”-un məlumatına görə, FTB-nin Los-Anceles ofisinin sözçüsü Laura Eimiller verdiyi açıqlamada, yanvarın 9-da mülki pilotsuz təyyarənin yanğınsöndürmə işlərinə qatılan yanğınsöndürən təyyarənin üzərinə düşdüyünü və təyyarənin sol qanadını deşdiyini bildirib.
Yanğınsöndürən təyyarənin təhlükəsiz eniş etdiyini və dronun ciddi zədələndiyini qeyd edən Eimiller pilotsuz təyyarənin Federal Aviasiya Administrasiyasının tətbiq etdiyi müvəqqəti uçuş məhdudiyyətini pozduğunu deyib. O, pilotsuz təyyarəni icazəsiz uçuran şəxs və ya şəxslərin tapılması üçün araşdırmalara başlanıldığını bildirib.
Digər tərəfdən, Kaliforniya əyalət səlahiyyətliləri, yanğınlar başlayandan bəri ən azı 40 dəfə icazəsiz uçan dronların yanğınsöndürənlərin havadan müdaxiləsini pozduğunu qeyd edib.
Los-Ancelesdə yanğınların baş verdiyi ərazilərdə uçuş məhdudiyyətlərinin yanvarın 25-dək davam edəcəyi gözlənilir. Yanvarın 7-də şəhərin müxtəlif yerlərində başlayan və güclü külək səbəbindən sürətlə yayılan yanğınlarda 24 nəfər həyatını itirib, 16 nəfər itkin düşüb. Səlahiyyətlilər ölənlərin sayının artacağından narahatdır.
Təqribən 150 min nəfərin təxliyəsi üçün göstəriş verildiyi, 700-dən çox sakinin sığınacaqlara yerləşdirildiyi qeyd edilib.
Bu il Türkiyəyə hava yolu ilə 250...
Sierra Leonedə Mpox virusuna görə...
Yunanıstanda turistləri zirzəmi və...
Ötən həftə Liviya sahillərində 493...
Los-Ancelesdəki yanğınlar ABŞ tarixində...