Liviyada avtobus qəzası nəticəsində ölənlərin sayı 23-ə çatıb
Liviyanın şərqindəki Əl-Loud bölgəsi yaxınlığında baş vermiş avtobus qəzası nəticəsində ölənlərin sayı 23-ə çatıb.
Fhnews.az Sinxua agentliyinə istinadla xəbər verir ki, daha beş nəfər yaralı vəziyyətdə xəstəxanada müalicəsini davam etdirir. Bildirilib ki, magistral yolda qəzaya uğrayan avtobus Cufradan Tripoliyə gedirmiş.
Təhlükəsizlik və prokurorluq orqanları hadisənin səbəblərini müəyyən etmək üçün araşdırma aparır.
Qeyd edək ki, rəsmi statistikaya görə, Liviyada 2024-cü ildə yol qəzalarında hər 100 min nəfərə 34 ölüm hadisəsi qeydə alınıb.
Bu il Türkiyəyə hava yolu ilə 250...
Sierra Leonedə Mpox virusuna görə...
Yunanıstanda turistləri zirzəmi və...
Ötən həftə Liviya sahillərində 493...
Los-Ancelesdəki yanğınlar ABŞ tarixində...