Sierra Leonedə Mpox virusuna görə "fövqəladə vəziyyət" elan edilib
Qərbi Afrika ölkələrindən biri olan Sierra Leonedə 2 nəfərdə Mpox virusu aşkar edildikdən sonra "fövqəladə vəziyyət" elan edilib.
Ölkə mətbuatında yer alan xəbərlərə görə, Səhiyyə naziri Austin Demby jurnalistlərə bildirib ki, ölkədə 2 Mpox hadisəsinin təsdiqlənməsi Xalq Sağlamlığı Qanununa uyğun olaraq təcili tədbirlər görülməsini tələb edir. Qeyd edək ki, Sierra Leone hökuməti yanvarın 11-də ölkədə ilk M pox hadisəsinin aşkar edildiyini açıqlayıb.
Mpox virusu siçan və dələ kimi gəmiricilərdən və ya yoluxmuş şəxslərdən ötürülür. Virusun törətdiyi bədən səpgilərinə toxunmaq, bu səpgilərlə çirklənmiş paltar, çarşaf, dəsmal və bənzər əşyalardan istifadə etmək, bədən mayeləri ilə təmasda olmaq infeksiyanın ən mühüm səbəblərindəndir.
İlk simptomlar virusa yoluxduqdan sonra 5-21 gün ərzində görünə bilər. Virus ümumiyyətlə yüksək hərarət, baş ağrısı, kürək və əzələ ağrıları, şişkin limfa düyünləri, yorğunluq, üşütmə, üşümə və dəridə suçiçəyi kimi qabarcıqlara səbəb olur.
İngiltərədən rəqəmsal funt qərarı...
Türkiyənin ətraf mühit strukturları...
ATLAS kometası Yer üzündə adi gözlə...
Bayden: Los-Ancelesin bərpası on...
Türkiyə qarşıdakı on ildə günəş və külək...