15 yanvar 2025, çərşənbə Bakı, 5°C
IMG-LOGO

Fransada doğum səviyyəsi İkinci Dünya Müharibəsindən bəri ən aşağı səviyyəyə düşüb

14-01-2025
IMG

Fransada 2024-cü ildə ölənlərin sayı bir əvvəlki ilə görə yüzdə 1,1 artaraq 646 minə çatıb. Bundan əlavə, 2024-cü ildə ölkədə 247 min cütlük evlənib ki, bu da əvvəlki illə müqayisədə 2 faiz artım deməkdir.

Fransa Milli Statistika və İqtisadi Araşdırmalar İnstitutunun  məlumatına görə, ölkə əhalisi 2024-cü ildə əvvəlki ilə nisbətən 0,25 faiz artaraq 68,6 milyon nəfərə çatıb. Ötən il Fransada 663 min uşaq doğulduğu halda, 2023-cü illə müqayisədə doğulanların sayında 2,2 faiz azalma olub. Keçən il İkinci Dünya Müharibəsindən sonra ən aşağı doğum səviyyəsi qeydə alınıb.

Paylaş: