Azərbaycan Pakistanda ticarət marşrutlarının inkişafına həsr olunmuş müzakirələrdə iştirak edib
Strateji Araşdırmalar İnstitutunun (ISSRA) Pakistanın Milli Logistika Korporasiyası (NLC) ilə birgə təşkil etdiyi “Regional ticarət və əlaqələr: Yeni perspektivlərin və imkanların açılması” mövzusunda beynəlxalq konfransda Azərbaycan da təmsil olunub.
Fhnews.az Pakistan mətbuatına istinadla verdiyi xəbərə görə, konfransda Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) aparıcı məsləhətçisi Nağı Əhmədov çıxış ediblər. Natiqlər Pakistan ilə Azərbaycan arasında möhkəm qardaşlıq əlaqələrini vurğulayıb, qarşılıqlı əməkdaşlığa toxunublar. Onlar, həmçinin Azərbaycan, Türkiyə və Pakistan arasında iqtisadi tərəfdaşlığın uğurla inkişaf etdiyini qeyd ediblər.
Konfransda Türkmənistan, İran, Qırğızıstan, Tacikistan, Özbəkistan səfirləri, Pakistan analitikləri və xarici ekspertlər də çıxış ediblər. İştirakçılar Mərkəzi və Cənubi Asiya ölkələri arasında ticari-iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
Pakistanın neft və su ehtiyatları naziri Musadiq Məsud Malik region ölkələrinin həyati əhəmiyyətli enerji resurslarına çıxışını təmin etmək üçün regional əlaqələri gücləndirməyə çağırıb. Onun sözlərinə görə, boru kəməri, nəqliyyat və enerji dəhlizləri layihələrinin həyata keçirilməsi regionda enerji təhlükəsizliyini gücləndirəcək.
Qeyd olunub ki, 2025-ci il BMT Baş Assambleyası tərəfindən Beynəlxalq Sülh və Etimad İli elan edilib və bu əlamətdar hadisə regional əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayır.
Yerli sahibkarlar və Türkiyənin...
Azərbaycan Milli Elmi Komandası...
Azərbaycan Pakistanda ticarət...
Bakı-Ələt yolunda yeni piyada keçidi...
Üç müntəzəm avtobus marşrutu üzrə...