15 yanvar 2025, çərşənbə Bakı, 6°C
IMG-LOGO

Bayden: Los-Ancelesin bərpası on milyardlarla dollara başa gələcək

14-01-2025
IMG

ABŞ prezidenti Co Bayden Los-Anceles və ətraf ərazilərdə 8 gündür davam edən yanğınlar üçün ştata əlavə federal yardım veriləcəyini açıqlayıb.
Ağ Evdən verilən açıqlamaya görə, Bayden fövqəladə tədbirlər üçün Kaliforniya əyalətinə əlavə fəlakət yardımını təsdiqləyib.

Yerli mənbələrə görə, Bayden fövqəladə hallar rəsmiləri ilə görüşdə deyib ki, federal hökumət yanğınsöndürənlərin əlavə iş haqqı, dağıntıların çıxarılması və müvəqqəti sığınacaqlar kimi bütün xərcləri qarşıdakı 180 gün ərzində ödəyəcək, Los-Ancelesin bərpası on milyardlarla dollara başa gələcək.

Bayden bəyan edib ki, Konqres meşə yanğınlarından zərər çəkənlərə yardım üçün vəsait ayırmaq üçün addımlar atmalıdır. O, yanğınlardan zərər çəkmiş insanlara birdəfəlik 770 dollar ödəniləcəyini vurğulayıb.

Yanğınlardan zərər çəkən təxminən 6 min adamın bu yardım üçün qeydiyyatdan keçdiyini ifadə edən Bayden, "5,1 milyon dollar paylandı. Yanğından zərər çəkən hər kəsi kömək almağa çağırıram"-deyib. 

Kino Sənətləri və Elmləri Akademiyasından verilən açıqlamada Kaliforniya ətrafında davam edən meşə yanğınları səbəbiylə "Oskar Mükafatları"nın bir daha təxirə salındığı açıqlanıb.Bəyanatda qeyd olunub ki, mükafatlar virtual olaraq yanvarın 23-də elan olunacaq, səsvermə müddəti isə yanvarın 17-dək uzadılıb.

Paylaş: