14 yanvar 2025, çərşənbə axşamı Bakı, 7°C
IMG-LOGO

Los-Anceles yanğınları zamanı gündəmə gələn boş su anbarı

13-01-2025
IMG

Türkiyənin Anadolu Agentliyi  ABŞ-nın Kaliforniya ştatının Los-Anceles şəhəri və ətrafında davam edən, meşə yanğınlarının söndürülməsi üçün istifadə edilməli olan, lakin təmirə görə bağlanan kritik su anbarlarını görüntüləyib. 

Meşə yanğınları başlayanda təxminən 117 milyon gallon su tutumu olan və şəhərin su infrastrukturu üçün kritik əhəmiyyətə malik olan Santa Ynez Su Anbarı təmir üçün bağlanıb və bu, yanğınla mübarizədə çətinlikləri artırıb.

Bölgədəki su ehtiyatları yanğının söndürülməsi üçün ciddi əhəmiyyət kəsb etsə də, AA-nın çəkdiyi boş su anbarları son vaxtlar müzakirə olunan su çatışmazlığının səbəblərini ortaya qoyur.

Los Angeles Su və Enerji Departamenti  yanğınlardan ən çox təsirlənən Sakit Okean Palisades bölgəsindəki 1 milyon gallonluq üç su anbarının hamısının çox qısa müddətdə boşaldığını açıqlayıb.

Xüsusilə isti və quraq mövsümlərdə meşə yanğınlarının tez-tez baş verdiyi Los-Ancelesdə Bələdiyyə Başçısı Karen Bassın 2024-cü ilin iyul ayında yanğınsöndürmə idarəsinin büdcəsini 17,6 milyon dollar azaltmasının aşkarlanması su ehtiyatları ilə bağlı problemləri dərinləşdirən digər mühüm tənqid mövzusu olub.

Su anbarının təxminən 1 ilə yaxındır bağlı olması və yanğın hidrantlarında təzyiqin güclü olmaması da əhalinin həyatını  təhlükəyə atıb. 
Yanğında zərər çəkən bəzi Hollivud məşhurları da əyalət və şəhər rəhbərliyini davam edən yanğınlarla mübarizə apara bilmədiklərinə görə tənqid ediblər.

Paylaş: