Los-Ancelesdə meşə yanğınları baş verən bölgədə 50-yə yaxın şəxs həbs edilib
Los-Anceles vilayətində yanğının baş verdiyi bölgələrdə xidmət edən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən 50-yə yaxın şəxs həbs edilib.
Fhnews.az xəbər verir ki, bu barədə Los-Anceles vilayətinin rəhbəri Robert Luna açıqlama verib. O bildirib ki, 34 nəfər İton və Paliseyds bölgələrində həbs olunub.
Onlar soyğunçuluq, başqasının mülkünə qanunsuz daxil olma kimi müxtəlif cinayətlərdə ittiham olunublar. Los-Anceles Polis Departamenti isə şəhər daxilində 14 nəfəri həbs edib. Hazırda 92 mindən çox insan təxliyə əmri altındadır və təxminən 89 min sakinə təxliyə xəbərdarlığı edilib.
Sierra Leonedə Mpox virusuna görə...
Yunanıstanda turistləri zirzəmi və...
Ötən həftə Liviya sahillərində 493...
Los-Ancelesdəki yanğınlar ABŞ tarixində...
Rusiyada Amur pələngi insan ölümünə...