Fransa Alplarında estoniyalı xizəkçilər həlak olub
Fransa Alplarında qar uçqunu nəticəsində iki estoniyalı xizəkçi həlak olub.
Fhnews.az xəbər verir ki, bu barədə “Le Monde” nəşri kurortun mətbuat xidmətinə istinadən məlumat yayıb.
Məlumata görə, həlak olanların qar uçqununa qarşı ləvazimatı olmayıb.
Bildirilir ki, bazar günü altı estondan ibarət qrup Val-d'Isere xizək kurortunda nişanlanmamış ərazidə xizək sürərkən 100 metr enində və 300 metr uzunluğunda qar uçqunu baş verib.
Ümumilikdə dörd nəfər qar uçqunu altında qalıb, onlardan biri xilas ola bilib. Xilasedicilər 10 dəqiqədən az müddətdə xizəkçilərdən birini xilas edə biliblər. Digər iki xizəkçini kurortun xilasedici itləri qar uçqunundan 40 və 50 dəqiqə sonra ürəyi dayanmış halda aşkar edib.
Yunanıstanda turistləri zirzəmi və...
Ötən həftə Liviya sahillərində 493...
Los-Ancelesdəki yanğınlar ABŞ tarixində...
Rusiyada Amur pələngi insan ölümünə...
İtaliyada keçən il 17 minədək yeraltı...