TƏBİB: 35 minə yaxın şəxs qrip əleyhinə peyvənd olunub
Payız-qış mövsümündə ölkə ərazisində kəskin respirator virus infeksiyalarının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən profilaktik və əksepidemik tədbirlər davam etdirilir.
Vaksinasiya prosesinə “soyuq zəncir” sisteminin tələbləri nəzərə alınmaqla 2024-cü ilin sentyabrından başlanılıb və 2025-ci ilin yanvarın 1-dək TƏBİB-in tabeliyində olan tibb müəssisələrində ümumilikdə 34 148 nəfər qrip əleyhinə peyvənd olunub.
Fhnews.az xəbər verir ki, bu barədə TƏBİB-in mətbuat xidmətindən bildirilib.
Onlardan 4 431 nəfər 0-17 yaş aralığı, 29 717 nəfər isə 18 və daha yuxarı yaş qrupları üzrə şəxslərdir.
Qeyd edək ki, qrip əleyhinə inaktivləşdirilmiş vaksinlər mövsümi olaraq, xüsusilə qrip ağırlaşmalarının meydana çıxma riski yüksək olduğu hallarda uşaqların və böyüklərin qripdən qorunmasına kömək edir.
Vaksinasiya prosesində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən ölkəyə gətirilən “Abbott” şirkətinin istehsalı olan tam təhlükəsiz və yüksək keyfiyyətli vaksin preparatlarından istifadə olunur. Bu peyvəndlər Ümumdünya Səhiyyə Təşkilatının və Avropa Şurasının tövsiyələrinə uyğunluq təşkil edir.
Qrip əleyhinə peyvənd olunmaq istəyən vətəndaşlar regionlar üzrə rayon mərkəzi xəstəxanalarına, Bakı şəhəri üzrə isə ambulator-poliklinik xidmət göstərən ilkin səhiyyə müəssisələrinə müraciət edə bilərlər.
“YAŞAT” Fondu tərəfindən dəstək...
Son illərdə sosial sığorta daxilolmaları...
Bəzi rayonlarda hava yağıntılı olub,...
Şuşa, Xocalı və Ballıcaya növbəti köç...
Xırdalanda atmosfer havasına atılan...