“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
“YAŞAT” Fondu tərəfindən müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə işlər davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 2-ci qrup Vətən müharibəsi əlili Cəfərli Vətən Zakir oğluna İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin icbari tibbi sığorta üzrə xidmətlər zərfində yer almayan Revizyon artroplastika əməliyyatı keçirilib. Əməliyyat xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb.
“YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı “yashat.gov.az” rəsmi internet saytının Hesabatlar (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə edə bilərsiniz.
Bakının 3 qəsəbəsinin qaz təchizatında...
Mütəxəssis: Mövsümi virusların...
Bakı Şəhər Prokurorluğu 2024-cü il üzrə...
Bəzi rayonlarda növbəti iki gündə yağış...
Sabah Ağdaşın bir hissəsində qaz...