15 yanvar 2025, çərşənbə Bakı, 6°C
IMG-LOGO

“Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında” və “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

15-01-2025

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 8-ci və 20-ci bəndlərini rəhbər tutaraq, “Dövlət ehtiyatları haqqında” Azərbaycan Respublikasının 2023-cü il 19 dekabr tarixli 1055-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

Maddə 1. “Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 7, maddə 513 (Cild I); 2024, № 4, maddə 365) 2-3.6-cı maddəsindən “və dövlət ehtiyatlarının yaradılması, istifadə edilməsi və bərpası qaydası” sözləri çıxarılsın.

Maddə 2. “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 683 (Cild I); 2024, № 2, maddə 132, № 4, maddə 365) 4.3.14-cü maddəsi aşağıdakı redaksiyada verilsin:

“4.3.14. səfərbərlik ehtiyatlarının yaradılması, saxlanılması və yeniləşdirilməsi;”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 dekabr 2024-cü il

Paylaş: