DYP əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Hazırda Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə dumanlı, yağışlı hava şəraiti müşahidə olunur ki, bu da yol-nəqliyyat hadisələrinin baş vermə riskini artırır.
Fhnews.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin Bakı-Şamaxı yolunda mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciətində bildirilib.
“Bu xüsusda dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, təəssüf ki, bir sıra hallarda sürücülər tərəfindən mövcud hava şəraitinin düzgün qiymətləndirilməməsi, verilən tövsiyələrə əməl olunmaması sonda xoşagəlməz nəticələrə gətirib çıxarır”, - məlumatda deyilir.
Baş Dövlət Yol Polisi İdarəsi xüsusilə respublika əhəmiyyətli avtomobil yollarında fasiləsiz xidmət aparıldığını qeyd etməklə yanaşı, bir daha sürücülərə müraciət edərək onları dumanlı, yağışlı havalarda sürət həddini yol və hava şəraitinə uyğun seçməyə, daha çox ara məsafəsi saxlamağa, nəqliyyat vasitələrinin sazlığını, xüsusilə xarici işıq cihazlarının işlək vəziyyətdə olmasını nəzarətdə saxlamağa, ötmə, manevr etmə, dayanma, durma, parklanma zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb.
“YAŞAT” Fondu tərəfindən dəstək...
Son illərdə sosial sığorta daxilolmaları...
Bəzi rayonlarda hava yağıntılı olub,...
Şuşa, Xocalı və Ballıcaya növbəti köç...
Xırdalanda atmosfer havasına atılan...