15 yanvar 2025, çərşənbə Bakı, 6°C
IMG-LOGO

Son illərdə sosial sığorta daxilolmaları 2,5 dəfə artıb

15-01-2025
IMG

Son illər aparılan sosial-iqtisadi islahatlar əməkhaqlarının, əmək müqavilələrinin sayının, əhalinin sosial sığorta sistemində iştirak səviyyəsinin əhəmiyyətli şəkildə artmasına imkan verib.

Həmin müsbət proseslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda da davamlı artım dinamikasına şərait yaradıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 2018-2024-cü illərdə Fonda daxil olan sosial sığorta haqları üzrə illik vəsait 2,5 dəfə artaraq 2 milyard 327 milyon manatdan 5 milyard 752 milyon manata çatıb.

Paylaş: