15 yanvar 2025, çərşənbə Bakı, 6°C
IMG-LOGO

ADA Universitetinin tələbələri üçün “İdeya İnkubasiyası Proqramı”nın ikinci mərhələsi başlanır

15-01-2025
IMG

ADA Universiteti Fondunun və “Azercell Telekom” MMC-nin ötən ildən etibarən birgə təşkil etdiyi “İdeya İnkubasiyası Proqramı”nın ikinci mərhələsinə start verilib.

Fhnews.az xəbər verir ki, bu barədə universitetdən məlumat verilib.

Azərbaycanın startap ekosisteminin inkişafını dəstəkləyən proqram gənclərə yeni texnologiyaların tətbiqini öyrədəcək, onları real startap ekosisteminə hazırlayacaq. İştirakçılar öz ideyalarını layihələndirmək və reallaşdırmaq üçün lazım olan bilik və bacarıqlara yiyələnəcəklər, təcrübəli mentorlarla işləmək və ekosistem nümayəndələri ilə əməkdaşlıq qurmaq fürsəti əldə edəcəklər.

Layihəyə bu il 10 komanda cəlb ediləcək. ADA Universitetinin və “Azercell Telekom”un əməkdaşları yarım ilədək olan müddət ərzində komanda üzvlərinə mentorluq edəcək, gənclərə “Startap təfəkkürünün formalaşdırılması”, “İT layihə idarəetməsi”, “MVP hazırlanması”, “Uğurlu startap təqdimatların hazırlanması” kimi mövzularda təlimlər keçəcəklər.

Sonda qalib gələn komandaya 3500 manat pul mükafatı təqdim ediləcək. Eyni zamanda, uğurlu layihə təklifləri “Azercell Telekom” tərəfindən dəyərləndiriləcək və ideyaları ilə seçilən startapçılara təcrübə proqramında iştirak və ya iş fürsəti təqdim ediləcək.

Paylaş: