15 yanvar 2025, çərşənbə Bakı, 6°C
IMG-LOGO

Çində Bahar Festivalı

15-01-2025
IMG

Çində ay təqviminə görə yeni ilin qeyd edildiyi Bahar Festivalı zamanı ölkə daxilində təxminən 9 milyard səfər həyata keçiriləcək. “Xinhua” agentliyinin məlumatına görə, Çin Nəqliyyat Nazirliyi bu il yanvarın 14-dən fevralın 22-dək olan 40 günlük tətil dövründə ölkəyə təxminən 9 milyard səfərin ediləcəyini bildirib.

Fhnews.az xəbər verir ki, səyahətlərin təqribən 80 faizini təşkil edən 7,2 milyard səyahətin avtomobil nəqliyyatı ilə həyata keçiriləcəyi proqnozlaşdırılır. 

Avtomobil səyahətinin digər trend  elementi uzun məsafəli səyahətlərdə Yeni Enerji Vasitələri  adlanan təkrar doldurulan, akkumulyatorla işləyən, yanacaq hüceyrəsi, elektrik və hibrid avtomobillərdən istifadənin artması olacaq.

Nəqliyyat Nazirliyinin rəsmisi Qao Bo 2024-cü ilin noyabrına qədər ölkədə magistral xidmət sahələrində 33 min 100 enerji doldurma stansiyasının quraşdırıldığı və elektriklə işləyən nəqliyyat vasitələrinin xidmət sahələrinin 97 faizində şarj edilə biləcəyi barədə məlumat paylaşıb.

Bayram günlərində dəmir yolları ilə 510 milyon səfərin ediləcəyi təxmin edilir. Gündə orta hesabla 12,75 milyon sərnişin olması gözlənilən sərnişin axınının keçən illə müqayisədə yüzdə 5,5 daha sıx olacağı gözlənilir.Bu dövrdə hava yolu ilə 90 milyon sərnişinin səyahət edəcəyi və uçuş trafikində gündə 18 min uçuşla keçən ilə nisbətən yüzdə 8,4 artım olacağı təxmin edilir.

Çin ənənəsində Bahar Bayramı "vətənə qayıdış ritualı"nın xüsusiyyətlərinə malikdir. Ay Yeni ilini əhatə edən "Bahar Festivalı" dövründə milyonlarla çinli ailələrini ziyarət etmək üçün doğma şəhərlərinə səfər edir.

Paylaş: