Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Xızı şəhərində vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 17 yanvar 2025-ci il tarixdə Xızı şəhərində, Xızı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 10.00-dan Xızı və Siyəzən rayonları sakinlərinin qəbulu keçiriləcəkdir. Qəbula gələn vətəndaşların qeydiyyatı 16 yanvar 2025-ci il tarixdə Xızı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 09.00-da başlayacaqdır.
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaqdır.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
Əlaqə:
tel: +994 (12) 512-01-14
e-mail: [email protected]
Özünüməşğulluq proqramının zərflər...
İstehlaka yararsız bal məhsullarının...
Bakının 3 qəsəbəsinin qaz təchizatında...
Mütəxəssis: Mövsümi virusların...
Bakı Şəhər Prokurorluğu 2024-cü il üzrə...