Azərbaycanda 32 milli texniki reqlament layihəsi hazırlanıb
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövləti Xidməti və aidiyyəti dövlət orqanlarının birgə fəaliyyəti nəticəsində 2024-cü ildə ölkədə 32 milli texniki reqlament layihəsinin hazırlanması və ekspertizası həyata keçirilib.
Dövlət Xidmətindən bildirilib ki, bu reqlamentlərdə müəyyən edilmiş əsas tələblərdən irəli gələn 52 istinad edilmiş standartın qəbul edilməsi, 59-nun isə beynəlxalq tələblərə uyğunlaşdırılması təmin edilib.
Milli texniki reqlamentlərin qəbulu məhsul, xidmətlərin keyfiyyət və təhlükəsizliyinin tənzimlənməsi, əhalinin həyat və sağlamlığının qorunması, biznes mühitində rəqabətqabiliyyətliliyin artırılmasında mühüm rol oynayacaq.
Asiya İnfrastruktur İnvestisiya Bankı...
Azərbaycan və Rusiya Hesablama...
AYNA: Bakıda 165 nömrəli marşrutun...
Böyükşor-Pirşağı avtomobil yolunda yeni...
Azərbaycana məxsus şəkər yükü daşıyan...