15 yanvar 2025, çərşənbə Bakı, 6°C
IMG-LOGO

ABŞ Kubanı terrorçuluğu dəstəkləyən ölkələr siyahısından çıxarıb

15-01-2025
IMG

ABŞ rəhbərliyi 2021-ci ildə Donald Tramp administrasiyasının son həftəsində terrora dəstək verən ölkələr siyahısına əlavə etdiyi Kubanı bu siyahıdan çıxarmağa qərar verib.

Fhnews.az xəbər verir ki, Ağ Evdən verilən açıqlamada, Konqresə göndərilən rəsmi bildirişə əsasən, Kubanın terrora dəstək verən ölkələr siyahısından çıxarılacağı bildirilib. Amma bunun üçün Kuba 2021-ci ildən həbsdə olan “siyasi məhbuslar”I azadlığa buraxmalıdır. 

Mövzu ilə bağlı mətbuat konfransında prosesi dəyərləndirən yüksək səviyyəli ABŞ rəsmisi Kubanın terroru dəstəklədiyinə dair əhəmiyyətli bir dəlil olmadığını və bu ölkənin Kolumbiyadakı sülh danışıqlarına çox müsbət töhfələr verdiyini bildirib.

Xatırladaq ki, ABŞ-nın keçmiş prezidenti Barak Obama 29 may 2015-ci ildə Kubanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarmışdı. Tramp administrasiyası  isə 2021-ci ilin yanvarında Kubanı yenidən bu siyahıya əlavə etmişdi.

Paylaş: