ÜST: Tanzaniyada Marburq virusundan 8 nəfər ölüb
Ümumdünya Səhiyyə Təşkilatından verilən açıqlamada Tanzaniyada ölümcül Marburq epidemiyasının ölkə və bölgədə daha da yayıla biləcəyi xəbərdarlığı edilib. Açıqlamada Tanzaniyanın Kagera bölgəsində başlayan Marburq virusu epidemiyası ilə bağlı üzv ölkələrin məlumatlandırıldığı, 9 şübhəli yoluxma faktının araşdırıldığı bildirilib.
Fhnews.az xəbər verir ki, ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus da X sosial media platformasındakı paylaşımında yaxın günlərdə hadisələrin arta biləcəyi barədə xəbərdarlıq edib.
"Xəstəliklərə nəzarət yaxşılaşdıqca yaxın günlərdə daha çox hadisənin olacağını gözləyirik. ÜST Tanzaniya hökumətinə və təsirlənmiş icmalara tam köməyini təklif edib" -deyə Qebreyesus bildirib.
Tanzaniya ilə qonşu olan ölkələrin sayıq olmaları və potensial hallara qarşı hazır olmaları lazım olduğuna diqqət çəkən Qebreyesus risk altında olan ölkələrin Tanzaniya ilə səyahət və ticarəti məhdudlaşdırmağı təklif edib.
Qeyd edək ki, Ebola virusu ilə eyni ailədən olan Marburq virusuna yoluxmuş insanlarda ölüm nisbəti 88 faizə çata bilər.Yarasalardan insanlara keçən virus yoluxmuş insanlarla təmas zamanı yayılır.
Simptomlara qızdırma, əzələ ağrıları, ishal, qusma və bəzi hallarda həddindən artıq qan itkisi daxildir.
ÜST virusa qarşı spesifik müalicə və ya peyvəndin olmadığını açıqlayıb. Lakin bir sıra qan məhsulları, dərmanlar və immun müalicəsi ilə virusa qarşı mübarizə aparmaq olar.
Britaniyada iqlim dəyişikliyinə görə...
İstanbulda ictimai nəqliyyatda...
TDT-nin Baş katibi: “Fergani Uzay”ın ilk...
Niğde səmasında buludlardan əsrarəngiz...
BƏƏ aviaşirkəti Dubaydan Mineralnıye...