Külə çevrilən Los-Ancelesi yeni təhlükə gözləyir
Mütəxəssislər Los-Ancelesdə davam edən yanğınlar səbəbindən kimyəvi maddələrin içməli suya qarışa biləcəyi barədə xəbərdarlıq ediblər. Purdue Universitetindən Andrev Vhelton bildirib ki, şəhərlərdə baş verən yanğınlar infrastruktura böyük ziyan vurur.İçməli su sistemləri zədələnərsə, kül, tüstü, his və digər qalıqlar su şəbəkələrinə daxil ola bilər.
Davam edən yanğınlar səbəbiylə kabus yaşanan Los-Ancelesdə içməli suya zəhər qarışmış ola bilər. Mütəxəssislər yanğınlarda külə dönən, yanğınlar nəticəsində əmələ gələn zəhərli kimyəvi maddələrin içməli suyu çirkləndirə biləcəyini söyləyərək, süzgəc və qaynatma üsullarının da işləməyə biləcəyinə dair xəbərdarlıq ediblər.
Perunun cənubunda baş verən yanğın...
İranda təlim təyyarəsi qəzaya uğrayıb,...
Kaliforniyada meşə yanğınlarının iki...
Tanzaniyada səkkiz nəfər qızdırmadan...
Yaponiyada beş il ərzində 70 milyondan...