15 yanvar 2025, çərşənbə Bakı, 6°C
IMG-LOGO

Yaponiyada beş il ərzində 70 milyondan çox insan koronovirusa yoluxub

15-01-2025
IMG

Yaponiyada ilk təsdiqlənmiş COVID-19 hadisəsindən beş il ötür. Statistikaya görə, ölkədə 70 milyondan çox insan bu virusa yoluxub.

Fhnews.az Kyodo agentliyinə istinadla xəbər verir ki, koronovirusdan ümumi ölüm sayı 130 mindir.

2022-ci ildə COVID-19-un “omikron” variantı pik həddə çatdıqdan sonra ölkədə illik ölüm halları azalıb, lakin bu nəticə qripdən ölüm sayından xeyli yüksək olaraq qalır. Virus yay və qış aylarında mövsümi olaraq yayılmağa davam edir.

Qeyd edək ki, Yaponiyada koronovirusdan ölənlərin sayı bəzi inkişaf etmiş ölkələrlə müqayisədə daha azdır.

Paylaş: