İndoneziyada vulkan püskürməsi baş verib
İndoneziyanın Halmahera adasındakı İbu vulkanı yenidən aktivləşərək dörd kilometr yüksəkliyə kül püskürüb.
Fhnews.az xəbər verir ki, bununla bağlı İndoneziyanın xəbər agentliyi olan ANTARA məlumat yayıb.
Bildirilib ki, iki dəqiqə davam edən püskürmə yerli vaxtla 07:11-də başlayıb və qalın kül qərbə doğru yayılıb.
Vulkanın 5 kilometr radiusunda hər cür fəaliyyətə qadağa qoyulub.
Ölkənin vulkanologiya agentliyinin bəyanatına görə, vulkanın yaxınlığında təxminən 13 min insan yaşayır, lakin hazırda təxliyə planı yoxdur.
Britaniyada iqlim dəyişikliyinə görə...
İstanbulda ictimai nəqliyyatda...
TDT-nin Baş katibi: “Fergani Uzay”ın ilk...
Niğde səmasında buludlardan əsrarəngiz...
BƏƏ aviaşirkəti Dubaydan Mineralnıye...