Milli Aviasiya Akademiyası “IELTS imtahanına təşviq” layihəsinə qoşulub
Milli Aviasiya Akademiyası ilə Təhsilin İnkişafı Fondu və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin birgə əməkdaşlığına dair görüş keçirilib.
Fhnews.az xəbər verir ki, Akademiyadan verilən məlumata görə, əvvəlcə dəyirmi masa arxasında keçirilən görüşdə rektorun köməkçisi dosent Gülnarə Əhmədova, akademik Arif Paşayevin diqqəti və qayğısı sayəsində təhsil ocağının sürətli inkişafından bəhs edib.
Tələbələrin iştirakı ilə geniş tərkibdə davam edən tədbirdə, birinci prorektor Ədalət Səmədov Milli Aviasiya Akademiyasının uğurları, fəaliyyətinin genişləndirilməsi məqsədilə həyata keçirilən layihələr barədə məlumat verib. Daha sonra Təhsilin İnkişafı Fondunun fəaliyyətini əks etdirən videoçarx izlənilib.
Fondun İdarə Heyətinin sədri Elnur Nəsibov təhsilin inkişafına yönəlmiş proqramlarından, o cümlədən “TələbəPlus” və “IELTS imtahanına təşviq” layihələrinin önəmindən danışıb.
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov IELTS proqramının tətbiqinin qlobal cəmiyyətin bir hissəsi olmaq üçün fürsət olduğunu bildirib.
Sonda “IELTS imtahanına təşviq layihəsi” çərçivəsində üçtərəfli əməkdaşlıq müqaviləsi imzalanıb. Tədbir iştirakçıları akademiyanın Təlim Mərkəzində uçuş simulyatorlarına baxış keçiriblər.
Təhsildə Keyfiyyət Təminatı Agentliyi...
ADA Universitetinin tələbələri üçün...
DİM sədri: Azərbaycan dili üzrə...
Milli Aviasiya Akademiyası “IELTS...
“Divanü lüğat-it-türk”ün 950 illiyinə...