Tədqiqatçılar demensiya riskini yarıya endirən hobbini açıqlayıblar
Araşdırmaya görə orta yaşda internetdən istifadə edənlər daha yaşlı dövrdə demensiya inkişaf riskini yarıdan çox azalda bilər.
Fhnews.az xarici mətbuata istinadla xəbər verir ki, alimlərin hesab etdiyinə görə, internetdə rast gəlinən nəhəng informasiyanın emalı insanların beyninə, sosial şəbəkələrdən istifadə isə tənhalıqla mübarizəyə kömək edə bilər.
Çinin Hançjou şəhərindəki Çjetszyan Universitetinin Tibb məktəbinin tədqiqatçıları 2011-ci ildə demensiyadan əziyyət çəkməyən 45 və daha yuxarı yaşlı 12 mindən çox insanı müşahidə etməyə başladılar.
“Journal of Medical Internet Research” jurnalında dərc olunan araşdırmanın nəticələri göstərib ki, növbəti onillikdə qeyri-istifadəçilərdəki 5,3 faizlə müqayisədə demensiya müntəzəm internet istifadəçilərinin yalnız 2,2 faizində inkişaf edib. Üstəlik, smartfonlarda profilaktik təsir noutbuklara nisbətən bir qədər daha güclü olub.
Əldə edilən məlumatlar Avstraliya araşdırmasının nəticələrini təsdiqləyir, ona əsasən internetdən istifadə edən 70 yaşdan yuxarı kişilərdə Altsheymer xəstəliyinə tutulma riski təxminən 50 faiz azalır.
ABŞ-də meşə yanğınları nəticəsində...
Perunun cənubunda baş verən yanğın...
İranda təlim təyyarəsi qəzaya uğrayıb,...
Kaliforniyada meşə yanğınlarının iki...
Tanzaniyada səkkiz nəfər qızdırmadan...