Azərbaycan Hökumətinin missiyası Maldivdə səfərdə olub
Yanvar 13-15-də xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərliyi ilə Azərbaycan Respublikasının Hökumət missiyası Maldiv Respublikasında səfərdə olub.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfər zamanı Elnur Məmmədov Maldivin vitse-prezidenti Uz Hussain Mohamed Latheef tərəfindən qəbul edilib. Həmçinin E.Məmmədovun iqtisadi inkişaf və ticarət naziri Mohamed Saeed ilə ikitərəfli görüşü keçirilib. Görüşlərdə Maldiv tərəfi Azərbaycan Hökumət missiyasını yüksək qiymətləndirib və hər iki tərəf üçün maraq doğuran məsələlər müzakirə edilib.
Səfər çərçivəsində Azərbaycanın Xarici İşlər Nazirliyi ilə Maldiv Xarici İşlər Nazirliyi arasında ilk siyasi məsləhətləşmələr keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədov, qarşı tərəfdən isə Maldiv xarici işlər katibi Fathimath İnaya rəhbərlik ediblər. Siyasi məsləhətləşmələr zamanı ikitərəfli və çoxtərəfli siyasi əlaqələrin genişləndirilməsi, iqtisadi-ticarət, energetika, loqistika və nəqliyyat, turizm, humanitar və digər sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə olunub.
İki ölkə arasında beynəlxalq təşkilatlarda əməkdaşlıq müsbət dəyərləndirilib, çoxtərəfli formatlarda qarşılıqlı dəstək fəaliyyətinin gücləndirilməsinin vacibliyi vurğulanıb.
Hökumət missiyasının üzvləri olan Azərbaycanın İqtisadiyyat Nazirliyi, Energetika Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Turizm Agentliyi və Azərbaycanda fəaliyyət göstərən şirkət nümayəndələri üçün Maldivin müvafiq dövlət qurumları və çoxsaylı yerli şirkətləri tərəfindən məlumat forumu təşkil edilib. Forum zamanı Azərbaycan nümayəndələri üçün Maldivdə turizm, otelçilik, nəqliyyat və digər sahələrdə investisiya imkanları barədə ətraflı təqdimatlar edilib, məzmunlu müzakirələr aparılıb.
Səfər zamanı missiya üzvləri üçün Maldivin bir sıra sənaye zonalarına turlar təşkil edilib.
Azərbaycan Hökumətinin missiyası...
Azərbaycan ombudsmanı beynəlxalq insan...
Mərkəzi Seçki Komissiyasının növbəti...
Qərbi Azərbaycan İcması...
Serbiya Prezidenti Aleksandar Vuçiç...