16 yanvar 2025, cümə axşamı Bakı, 6°C
IMG-LOGO

BMT rəsmisi Sednaya həbsxanasında olub

15-01-2025
IMG

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk Suriyada “insan kəsim yeri” adlandırılan Sednaya həbsxanasını gəzib. “ Divarlara yazılmış yazılar. İşığı görməyən qaranlıq hücrələr… Biz heç vaxt belə qəddarlığın təkrarlanmasına icazə verməməliyik”-deyən Ali Komissar gördüklərindən dəhşətə gəlib. 

Türk Sednayanın dünyaya dərs olması lazım olduğunu söyləyərək  “Bura ən böyük zülmün xatirələri ilə doludur. Bütün qəlbimlə ümid edirəm ki, bu, Suriya və suriyalıların yenidən ayağa qalxmasına bir vəsilə, dünya üçün isə bir dərs olmalıdır. Biz heç vaxt bu cür vəhşiliklərin təkrarlanmasına imkan verməməliyik."

Paylaş: