16 yanvar 2025, cümə axşamı Bakı, 6°C
IMG-LOGO

2024-cü ildə İspaniyayı 94 milyon turist ziyarət edib

15-01-2025
IMG

Bu barədə İspaniyanın Sənaye və Turizm Naziri Jordi Hereu məlumat verərək bildirib ki, nəticədə ölkə 126 milyard avro turizm gəliri əldə edib.  

Beləliklə, uzun müddətdir ki, dünyanın ən çox turist qəbul edən ilk üç ölkəsi sırasında yer alan İspaniya 2024-cü ili rekord göstərici ilə başa vurub.Sənaye və Turizm Naziri Hereu mətbuata verdiyi açıqlamada 2024-cü ildə turist sayının bir əvvəlki ilə nisbətən təxminən 10 % artaraq 94 milyon olduğunu bildirib. 

İspaniyaya gələn turistlərin cəmi xərclərinin 2024-cü ildə 2023-cü ilə nisbətən 16 faiz artaraq 126 milyard avroya çatdığını qeyd edən Hereu fikirlərini belə əsaslandırıb :  "İspaniya sosial və ekoloji keyfiyyətə əsaslanaraq yaratdığı turizm modelinə önəm verir. Məhz bu, kəmiyyətdir. Bizi keyfiyyətcə genişlənmədə uğur qazanmağa məcbur edən aspektdir. İnkişaf davam edir və yalnız bu yolla biz qlobal turizmdə liderliyimizi qoruyub saxlaya bilərik.Bizim uzunmüddətli və yüksək əlavə dəyər bazarlarında daha yüksək artım templərimiz var. Biz bunu saxlamaq və dərinləşdirmək istəyirik.”

İspan turizminin 2025-ci ildə böyüməyə davam edəcəyini ifadə edən Hereu 2024-cü ilə nisbətən 2025-ci ilin ilk rübündə turist sayında yüzdə 9, turizm xərclərində isə yüzdə 16 artım proqnozlaşdırdıqlarını ifadə edib. 

İspaniyaya gələn turistlər arasında birinci yerdə ingilislər gəlir. Sonrakı yerlərdə fransızlar, almanlar, italyanlar, hollandlar və amerikalılar qərar tutub.
Müqayisə üçün qeyd edək ki, 2023-cü ildə İspaniyaya 85 milyon 169 min turist gəldiyi halda, 2024-cü ildə 94 milyon turist sayı indiyə qədərki ən yüksək rəqəm olaraq qeyd edilib.

Paylaş: