16 yanvar 2025, cümə axşamı Bakı, 6°C
IMG-LOGO

İndoneziyada İbu vulkanı üçün xəbərdarlıq ən yüksək səviyyədə

15-01-2025
IMG

İndoneziya Milli Fəlakət Mərkəzinin verdiyi açıqlamada, Şimali Malukudakı Halmahera adasının şərqindəki İbu vulkanının püskürmə zamanı vulkanik kül səpdiyi bildirilib.

Açıqlamada təqribən 2 dəqiqə davam edən partlayışdan sonra vulkandan 4 kilometr uzaqlığa qədər tüstünün qalxdığı, bölgədə müvəqqəti təxliyyə məntəqələrinin müəyyən edildiyi və bölgə sakinlərinin təxliyyəyə hazır olduqları bildirilib, insanlara dağa 4 kilometrdən artıq yaxınlaşmamağa çağırış edilib. 

Qeyd edək ki, "Sakit okean od halqası" zəlzələ və vulkan qurşağında olan İndoneziyada təxminən 130 aktiv vulkan var.

Paylaş: