BMT İP-nin nümayəndə heyətinə Qarabağ və Şərqi Zəngəzurda quraşdırılmış hidrometeoroloji müşahidə şəbəkəsi barədə məlumat verilib
Milli Hidrometeorologiya Xidmətində BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Allessandro Rokkasalvonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Fhnews.az xəbər verir ki, Xidmətdən verilən məlumata görə, Situasiya Mərkəzində keçirilən görüşdə qonaqlara Mərkəzin fəaliyyətinin əsas prioritet istiqamətləri, müasir hidrometeoroloji cihazlar, dopler-radar sistemi, xüsusilə “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışa dair Dövlət Proqramı” çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda quraşdırılmış hidrometeoroloji müşahidə şəbəkəsi barədə ətraflı məlumat verilib.
Eyni zamanda, tədbirdə erkən xəbərdarlıq sistemlərinin gücləndirilməsi, iqlim məlumatlarının mübadiləsinin təkmilləşdirilməsi ilə bağlı potensial layihələr ətrafında fikir mübadiləsi aparılıb, hava proqnozları və hidrometeoroloji xidmət növlərinin müxtəlif sahələr üçün əhəmiyyəti vurğulanıb, əməkdaşlığın perspektivləri müzakirə edilib.
Azərbaycan artistləri Qazaxıstanda...
Ucarda əkin sahələrinin vaxtında...
Xocalının Ballıca kəndinə növbəti köç...
Ali Məhkəmənin Cinayət kollegiyasının...
AZAL Səmərqəndə uçuşları bərpa edib...