Qlobal istiləşmə: Denge qızdırması və çikungunya Avropada endemik hal ala bilər
Mayın 15-də “Lancet Planetary Health” jurnalında dərc olunan tədqiqat 35 il ərzində epidemiya riski ilə iqlim, ətraf mühit, sosial-iqtisadi şərait, demoqrafik və entomoloji məlumatlar daxil olmaqla bir çox amillər arasında əlaqəni təhlil edib.
Fhnews.az xarici mediaya istinadla xəbər verir ki, tədqiqatda qlobal istiləşmə nəticəsində denge qızdırması və çikungunyanın Avropada endemik hal ala biləcəyi ilə bağlı xəbərdarlıq edilir. Bu, həmçinin xəstəliklərin daşıyıcısı olan “pələng ağcaqanadı”nın yayılması, eləcə də urbanizasiyaya və səyahətlə də bağlıdır.
Hazırda 129 ölkədə 4 milyarda yaxın insan əvvəllər əsasən tropik və subtropik ölkələrdə aşkar edilmiş və əsas daşıyıcıları “Aedes aegypti” sarılıq və “Aedes albopictus” “pələng” ağcaqanadları olan dəngə və ya çikungunya qızdırmasına yoluxma riski altındadır. “Pələng” ağcaqanadının əhatə dairəsinin şimala doğru genişlənməsi qlobal istiləşmə ilə bağlıdır: iqlim nə qədər isti olarsa, onun inkişaf dövrü qısalır və temperaturun təsiri altında həşəratda virusun çoxalma sürəti artır.
Tədqiqat ilk dəfə Avropada denge və çikungunya qızdırması epidemiyası riski ilə iqlim, ətraf mühit, sosial-iqtisadi şərait, demoqrafik və entomoloji məlumatlar kimi çoxsaylı amillər arasında 35 ildən artıq davam edən əlaqəni təhlil edir. Bu araşdırmada Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzinin və Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarından, həmçinin 1990-cı ildən 2024-cü ilə qədər Avropada “pələng” ağcaqanadının mövcudluğuna dair nəşrlərdən istifadə olunur.
Avropada ilk epidemiyaya 25 ildən çox vaxt lazım olsa da, denge və çikungunya qızdırması epidemiyalarının tezliyi və miqyası yalnız 2010-cu ildən başlayaraq artıb. Təkcə 2024-cü ildə 304 denge qızdırması hadisəsi qeydə alınıb ki, bu da əvvəlki 15 ildəki 275 yoluxmanı üstələyir. Xəstəliyin yerli miqyasda yayılması dörd ölkədə aşkar edilib: İtaliya, Xorvatiya, Fransa və İspaniya. Demək olar ki, bütün hallar (95 faiz) iyul-sentyabr ayları arasında baş verib, onların dörddə üçü şəhər və ya şəhərətrafı ərazilərdə, qalan dörddəbiri isə kənd yerlərində qeydə alınıb.
Yay mövsümündə temperaturun hər bir dərəcə artması epidemiya riskini artırır. Beləliklə, müəlliflər iddia edirlər ki, çox yüksək temperaturlu yay ayları yoluxmanın daha sürətlə yayılmasına səbəb olur.
Bu tendensiyalar göstərir ki, temperatur gələcək epidemiyalar, xüsusən də ekstremal iqlim ssenariləri üçün mühüm risk faktoru olaraq qalır və Aİ ölkələrində bu xəstəliklər endemik hal alır.
Tədqiqatçıların proqnozlarına görə, 2060-cı illərdə epidemiya riski 1990-2024-cü illərdə olduğundan beş dəfə artıq ola bilər.
Avropada maliyyə inqilabı-nağd puldan...
Çinin sürücüsüz taksiləri Avropaya yol...
Yunanıstan zəlzələyə hazırlaşır:...
Türkiyənin Konya vilayətində 5,2 bal...
Britaniya ictimai binalarda enerjiyə...