15 may 2025, cümə axşamı Bakı, 18°C
IMG-LOGO

DİN: Telefonla bank kartlarına yönələn sorğular dələduzluğa xidmət edir

14-05-2025
IMG

Mayın 13-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 10000, 1400, 1190, 307, 248, 220, 198, 166, 149, 100, 100, 70, 64, 53 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

“Onlayn cinayət davam edən və artan kiber təhlükədir. Şübhəli xarici vatsap zəngləri və mesajları vasitəsilə cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflər, satış üzrə beh ödənişləri dələduzluqdur. Bu zənglərlə, mesajlarla danışıq, yazışma aparılmamalıdır, dərhal bloklanmalı, təkliflərdən imtina edilməlidir. Bank kart sahibləri diqqətli olmalıdırlar, çünki onlayn təhlükə var”, - deyə DİN-in məlumatında xəbərdarlıq edilir.

Paylaş: