Azərbaycan və Pakistan arasında aqrar sahədə əməkdaşlıq məsələləri müzakirə olunub
Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində iştirak etmək üçün Azərbaycana gəlmiş Pakistan İslam Respublikasının Dövlət naziri Bilal Azhar Kayaninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov Azərbaycanda aqrar sektora dövlət dəstəyi barədə görüş iştirakçılarına ətraflı məlumat verib. Qeyd olunub ki, iki ölkə arasında bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsində də əməkdaşlıq dinamik inkişaf edir. Azərbaycan və Pakistan aqrar sahədə əməkdaşlığın genişləndirilməsində maraqlıdır və bu məqsədlə mövcud əməkdaşlıq potensialı aqrar sahəyə dair hər bir platformada dəyərləndirilir.
Pakistan İslam Respublikasının Dövlət naziri Bilal Azhar Kayani öz növbəsində Pakistanın Azərbaycanla dost ölkə olduğunu və bütün sahələr üzrə tərəfdaşlıq münasibətlərinin inkişafına maraq göstərdiyini qeyd edib.
Görüşdə Azərbaycan ilə Pakistan arasında aqrar sahədə əməkdaşlığın və hüquq-müqavilə bazasının gücləndirilməsi, kənd təsərrüfatı üzrə birgə işçi qrupun fəaliyyəti, ixrac potensialı yüksək olan məhsullarla bağlı informasiya mübadiləsi, kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması məsələləri müzakirə olunub. Həmçinin iş adamları arasında əlaqələrin genişləndirilməsi, birgə aqrar biznes forumlarının təşkili, hər iki ölkənin sahibkarlarının kənd təsərrüfatı sərgilərində aktiv iştirakının təmin edilməsi, kənd təsərrüfatının rəqəmsallaşdırılması, iqlimə uyğun kənd təsərrüfatı ilə bağlı müasir texnologiyaların transferi və aqrar sahədə elmi-tədqiqat və təhsil üzrə təcrübə proqramlarının icrası məsələləri nəzərdən keçirilib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.
Azərbaycan və Pakistan arasında dəmiryol...
Bakıda keçirilən “Poçt Liderləri Forumu”...
Azərbaycanda iqtisadi fəal əhalinin sayı...
Azərbaycan və Pakistan arasında aqrar...
İKT sektorunda 4 ayda 716 milyon...