Aralıq dənizindəki təkanların son zəlzələlərlə əlaqəsi varmı?
Yunanıstan Zəlzələdən Mühafizə və Planlaşdırma Təşkilatının Prezidenti, zəlzələ üzrə ekspert professor Efthimis Lekkas bu gecə yerli vaxtla saat 01.51-də Aralıq dənizində baş verən 6.0 bal gücündə zəlzələnin İstanbul və Santorini adasında baş verən zəlzələlərlə əlaqəli olmadığını bildirib. Yunanıstan Dövlət Televiziyası ERT-ə danışan Lekkas, saat 01.51-də Aralıq dənizində baş verən və Krit, Rodos, Çoban və Kerpe adalarında hiss edilən zəlzələ ilə bağlı məlumat verib. Lekkas bu zəlzələnin ən əhəmiyyətli xüsusiyyətinin onun böyük dərinliyi olduğuna diqqət çəkib. Lekkas, Karpatos adasının təxminən 60 kilometr cənub-qərbində meydana gələn zəlzələnin seysmik aktivlik zəncirində baş vermədiyini və bunun təcrid olunmuş bir zəlzələ olduğunu ifadə edib.
Lekkas Aralıq dənizində baş verən zəlzələnin Santorini və İstanbuldakı zəlzələlərlə heç bir əlaqəsinin olmadığını vurğulayıb.
Qeyd edək ki, Yunanıstan Mülki Müdafiə Baş Müdirliyinin vətəndaşların cib telefonlarına sunami ehtimalına qarşı ehtiyat tədbiri olaraq sahildən uzaq durmalarını tələb edən mesaj göndərdiyi ərazilərdə dağıntı və sunami baş verməyib, ölən və ya yaralanan olmayıb.
Türkiyənin Konya vilayətində 5,2 bal...
Britaniya ictimai binalarda enerjiyə...
Qlobal istiləşmə: Denge qızdırması və...
Braziliya biomlarında meşələrin...
İqlim böhranı Türkiyənin ərzaq...