İlqar Abdullayev küçəsində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq
Mayın 17-si saat 00:00-dan etibarən Pirşağı-Xırdalan-Novxanı-M4 avtomobil yolu layihəsinin 16-cı kilometrində tikintisi davam edən tunelin giriş hissəsinin qurulması ilə əlaqədar olaraq, İlqar Abdullayev küçəsində (Masazır-Novxanı avtomobil yolu ilə birləşməsindən Saray Polis Bölməsinə qədər olan hissə) nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, hərəkətin məhdudlaşdırılması tikinti işləri bitənədək qüvvədə olacaq.
“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, öncədən hərəkət istiqamətinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur”,- deyə məlumatda qeyd olunub.
FHN-in Muğan Regional Mərkəzi nümunəvi...
Baş Prokurorluqda prokurorluq...
İşğaldan azad olunan ərazilərə köçürülən...
FHN meşələrin yanğın təhlükəsizliyinə...
FHN-in Cənub Regional Mərkəzi təlim...