Mərkəzi Bank Qətərin Maliyyə Bazarları üzrə Nəzarət Qurumu ilə əməkdaşlıq imkanlarını müzakirə edib
Mərkəzi Bankın sədr müavini Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Qiymətli Kağızlar Komissiyalarının Beynəlxalq Təşkilatının (IOSCO) Qətərin paytaxtı Dohada keçirilən 50-ci İllik Toplantısında iştirak edib.
Mərkəzi Bankdan bildirilib ki, səfər çərçivəsində nümayəndə heyəti Qətərin Maliyyə Bazarları üzrə Nəzarət Qurumunun rəhbəri Tami Bin Əhməd əl-Binali ilə görüşüb.
Görüşdə hər iki qurumun kapital bazarları üzrə inkişaf strategiyası, IOSCO çərçivəsində birgə əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran digər mövzularla bağlı fikir mübadiləsi aparılıb.
Azərbaycan və Pakistan arasında dəmiryol...
Bakıda keçirilən “Poçt Liderləri Forumu”...
Azərbaycanda iqtisadi fəal əhalinin sayı...
Azərbaycan və Pakistan arasında aqrar...
İKT sektorunda 4 ayda 716 milyon...