İqlim böhranı Türkiyənin ərzaq təhlükəsizliyini təhdid edir
Bu ilin mart-aprel aylarında Türkiyənin müxtəlif bölgələrində baş verən yağıntıların kəskin azalması və şaxtalı hava şəraiti kənd təsərrüfatı məhsullarının geniş şəkildə azalmasına səbəb olacaq.
Fhnews.az bu barədə Türkiyə mətbuatında dərc olunan ekspert rəylərinə istinadla xəbər verir.
Ümumilikdə, Türkiyənin 36 vilayəti iqlim böhranının nəticələrindən təsirlənib, burada fermerlər hökumətdən dövlət dəstəyi paketini genişləndirməyi tələb edirlər.
Türkiyənin buğda istehsalı mərkəzlərindən biri hesab edilən Adana vilayətində məhsulun azalması 40 faizə çata bilər. Yağlı bitkilərin geniş miqyasda becərildiyi Şanlıurfada da bənzər vəziyyət yaranıb.
Cənub-Şərqi Anadolu və Çukurova bölgəsində məhsuldarlığın yüzdə 40-100 arasında azalması gözlənilir.
Analitiklərin hesablamalarına görə, Türkiyədə buğda yığımının həcmi keçənilki 21 milyon tona qarşı bu il 17 milyon tonu keçməyəcək.
Nəticədə ölkədə meyvə-tərəvəzin qiyməti kəskin artacaq, habelə un, çörək, yem, ət və süd məhsulları bahalaşacaq.
Avropada maliyyə inqilabı-nağd puldan...
Çinin sürücüsüz taksiləri Avropaya yol...
Yunanıstan zəlzələyə hazırlaşır:...
Türkiyənin Konya vilayətində 5,2 bal...
Britaniya ictimai binalarda enerjiyə...