Bu ilin 4 ayında 17 mindən çox şəxsə əlillik təyin olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2025-ci ilin yanvar-aprel ayları ərzində 17 min 100 şəxsə əlillik təyin edilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, onlardan 7 min 300 şəxsə ilkin, 9 min 800 şəxsə isə təkrar əlillik təyinatı aparılıb.
Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir.
Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir.
İşğaldan azad olunan ərazilərə köçürülən...
FHN meşələrin yanğın təhlükəsizliyinə...
FHN-in Cənub Regional Mərkəzi təlim...
“ASAN xidmət” brendi Madriddə diqqət...
Bəzi yerlərdə leysan olacaq, dolu...