Qazaxıstan ən çox nadir torpaq elementləri ehtiyatına malik 10 ölkədən biri ola bilər
Qazaxıstan nadir torpaq metallarının perspektivli ehtiyatlarına malikdir və əgər proqnozlar təsdiqlənərsə, onların həcminə görə ilk on dünya liderindən birinə çevrilə bilər.
Fhnews.az “Kazinform”a istinadla xəbər verir ki, bunu Qazaxıstan Sənaye Nazirliyi Geologiya Komitəsinin sədr müavini Marqulan Baybatırov deyib.
O, 2022-ci ildə 11 sahədə nadir torpaq metallarının axtarışına başlanıldığını və bu işlərin 2024-cü ildə tamamlandığını bildirib. Sədr müavini əlavə edib ki, böyük yataq aşkar edilib.
Baybatırov qeyd edib: “Təxmin edilən ehtiyatların yalnız bir hissəsi təsdiqlənsə belə, Qazaxıstan nadir torpaq elementlərinin ən böyük ehtiyatlarına malik dünyanın ilk on ölkəsi sırasına daxil ola biləcək”.
Onun sözlərinə görə, nadir torpaq komponentlərinə elektronikada böyük tələbat var və digər sahələrlə yanaşı, elektromobillərin istehsalında da onlardan istifadə olunur.
Qlobal istiləşmə: Denge qızdırması və...
Braziliya biomlarında meşələrin...
İqlim böhranı Türkiyənin ərzaq...
Ankara Universitetində zəlzələ və...
Özbəkistanda 6-cı əsrə aid türk sikkəsi...