15 may 2025, cümə axşamı Bakı, 16°C
IMG-LOGO

“ASAN xidmət” brendi Madriddə diqqət mərkəzində

15-05-2025
IMG

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanovun rəhbərlik etdiyi nümayəndə heyəti mayın 11-dən 14-dək İspaniya Krallığının Madrid şəhərinə səfər edib.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, məqsəd “GovTech 4 Impact World Congress 2025” adlı tədbirdə iştirak olub. 700-dən çox ziyarətçinin iştirak etdiyi tədbirdə 20-dan çox sessiya keçirilib.

Panel tədbiri zamanı Dövlət Agentliyinin sədr müavini “ASAN xidmət” və Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri barədə xarici dövlət və özəl qurumların nümayəndələrinə geniş məlumat verib.

Birləşmiş Ərəb Əmirliklərinin Dövlət Xidmətləri Rəhbəri Məhəmməd bin Taliyah ilə ikitərəfli görüşdə 2022-ci il noyabrın 28-də imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında hökumət təcrübələrinin mübadiləsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu"nun icrası çərçivəsində görülmüş işlər və gələcək layihələr haqqında geniş fikir mübadiləsi aparılıb.

Madrid şəhər merinin müavini Inmakulada Sanz Otero ilə keçirilən görüşdə tərəflər arasında dövlət xidmətləri sahəsində potensial əməkdaşlıq imkanları müzakirə olunub. Mümkün əməkdaşlıq sahələrinin müəyyən olunması istiqamətində əlaqələrin genişləndirilməsinə dair razılıq əldə edilib.

Paylaş: