Dünya çempionatı ilə əlaqədar Dənizkənarı Bulvarda "Fan Zona" təşkil olunub
Bakının ev sahibliyi edəcəyi minifutbol üzrə dünya çempionatı ilə əlaqədar Dənizkənarı Bulvarda "Fan Zona" təşkil olunub.
Fhnews.az xəbər verir ki, burada müxtəlif attraksionlar və əyləncə bölmələri keçirilib və zonanın fəaliyyəti haqqında iştirakçılara ətraflı məlumat verilib. “Fan Zona”da gənclər və idman naziri Fərid Qayıbov, Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov və digər rəsmi şəxslər, o cümlədən “YAŞAT” fondunun nümayəndələri, şəhid övladları, minifutbol üzrə milli komandanın üzvləri iştirak ediblər.
Turistlər də "Fan Zona"da olublar və onlara tədbir barədə geniş məlumat verilib.
Qeyd edək ki, dünya çempionatı mayın 21-dən iyunun 1-dək Milli Gimnastika Arenasında reallaşacaq.
Dünya çempionatı ilə əlaqədar...
Fərid Qayıbov: Minifutbol millimizin...
Azərbaycan Minifutbol Federasiyasının...
Bakıda “Heydər Əliyev Kuboku-2025”...
Stolüstü tennis üzrə komanda...