Şəxsiyyətləri müəyyənləşdirilən daha beş itkin şəhid dəfn olunacaq
Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyətləri müəyyənləşdirilən daha beş şəhid dəfn olunacaq.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından verilən məlumata görə, mayın 16-da hərbçilər Yusif Mirzəli oğlu Məmmədov Sumqayıt şəhərindəki Şəhidlər xiyabanında, Miriş Məhəmməd oğlu Rüstəmov Ağcabədi şəhərindəki Şəhidlər xiyabanında, Muxtar Bayram oğlu Məmmədov Şərur şəhərindəki Şəhidlər xiyabanında, Abuzər Tənzil oğlu Abbasov Zərdab rayonunun Yuxarı Seyidlər kənd qəbiristanlığında, Elşən İsaməddin oğlu Ərzumanov Quba şəhərindəki Şəhidlər xiyabanında dəfn ediləcəklər.
Baş Prokurorluqda prokurorluq...
İşğaldan azad olunan ərazilərə köçürülən...
FHN meşələrin yanğın təhlükəsizliyinə...
FHN-in Cənub Regional Mərkəzi təlim...
“ASAN xidmət” brendi Madriddə diqqət...